Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Vətənin müdafiəsinə hazır ol” Respublika Spartakiadası keçirilib

03 may 2024 | 15:34

Sabirabad şəhər mərkəzi stadionunda Sabirabad Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Vətənin müdafiəsinə hazır ol” Respublika Spartakiadası keçirilib.

Açılış mərasimində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Millət vəkili Kamal Cəfərov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, AHİTA sədri Binyamin Mənsimzadə və digər rəsmi şəxslər iştirak edib.

Tədbirə 14 rayon və şəhərlərdən qatılan idmançılar müxtəlif idman növləri üzrə yarışlarda öz güclərini sınayıblar. Yarışlarda Sabirabad, Şamaxı, Neftçala, Biləsuvar, Cəlilabad, Goranboy, Qax, İmişli, Füzuli, Masallı, Kürdəmir, Zəngilan, Ağdam rayon və Gəncə şəhər komandaları iştirak ediblər.

Sonda Millət vəkili Kamal Cəfərovun təşəbbüsü ilə uşaq futbolunun dəstəyi üçün məktəblilərin futbol idman növü üzrə görüşünə start verilib. Oyundan öncə Millət vəkili azyaşlı futbolçulara hədiyyələrini təqdim edib.

Keçidlər