Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib

23 iyun 2023 | 14:35

Sabirabad Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.

Konfransdan öncə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrin üzvləri, qazilər, ictimaiyyətin və gənclərin nümayəndələri mərkəzi meydanada ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və digər natiqlər çıxış edərək müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biri olduğunu bildirib, Ulu Öndərin Milli Ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən söz açıblar.

Konfransda Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yolun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə olmasından, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun göstərdiyi rəşadətdən, qazanılan tarixi zəfərdən də bəhs edilib.

Konfrans Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyətinin vətənpərvərlik mövzusunda hazırladığı konsert proqramı ilə davam edib.

Keçidlər