Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fləşmob keçirilib

17 may 2023 | 12:30

Sabirabad şəhəri, Ulu Öndərin adını daşıyan Heydər Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş fləşmob keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin dəstəyi ilə keçirilən fləşmobda 260-dan çox könüllü gənc iştirak edib.

Fləşmobda kollec tələbələri tərəfindən “Heydər Əliyev 100” yazısını və Ulu Öndərin imzasını əks etdirən kompozisiyalar yaradılıb.

Keçidlər