Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ümummilli Lider Heydər Əlievin 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib

24 may 2023 | 15:10

Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əlievin 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin və Sabirabad rayon Mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayon rəsmiləri, YAP Sabirabad rayon təşkilatının fəalları, mədəniyyət işçiləri, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak edərək Mərkəzi kitabxananın fondunda yer alan kitablardan ibarət sərgiyə baxış keçiriblər.

Tədbirdə çıxış edənlər Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən, xalqımız qarşısında tarixi xidmətlərindən danışıblar.

Tədbirin bədii hissəsində Ulu Öndərə həsr olunmuş musiqilər ifa olunub, şeirlər səsləndirilib.

Keçidlər