Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "Ulu Öndərin izi ilə" mövzusunda maarifləndirici tədbir keçirilib

08 may 2024 | 14:43

Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi və Uşaq Səfirlər Məclisinin Sabirabad üzrə regional nümayəndələrinin təşkilatçılığı ilə Sabirabad Heydər Əliyev Mərkəzində "Ulu Öndərin izi ilə" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Uşaq Səfirlər Məclisinin regional nümayəndələri və 20 fəal uşaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin dərin dövlətçilik ənənələrini özündə əks etdirən eksponatlara və güşələrə baxış keçiriblər.

Daha sonra Uşaq Səfirlər Məclisinin nümayəndəsi Əminə Quliyeva tərəfindən Ümumilli Lider Heydər Əliyevin həyatından, yaradıcıllığından, 15 dəfə Sabirabad rayonuna etdiyi səfərlər zamanı keçirilən görüşlər və rayona verdiyi önəmdən ətraflə məlumat verib.

Sonda isə Heydər Əliyevin ölkəmizə verdiyi dəyəri, Sabirabad rayonuna etdiyi səfərlər zamanı keçirilən görüşləri və Ulu Öndərimizin xəyalı olan Qarabağın azad olunmasını əks etdirən videoçarx nümayiş olunub.

Keçidlər