Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan XXXI Milli Xalq Oyunlarının Respublika Spartakiadasının açılış mərasimi keçirilmişdir

26 noyabr 2023 | 15:42

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, "Məsul" İdman Cəmiyyəti və Kənd Qida Həmkarlar İttifaqları Federasiyasının birgə qərarı ilə 25 noyabr 2023-cü il tarixində Sabirabad Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan respublikanın 20 rayonundan olan kənd idmançılarının və Vətən Müharibəsi qazilərinin iştiraki ilə XXXI Milli Xalq Oyunlarının Respublika Spartakiadasının açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Osmanov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Binyamin Mənsimzadə, "Məhsul" İdman Cəmiyyətinin sədri Rasim Əliyev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Həmkarlar İttifaqları İdman Klubları və İdman Cəmiyyətlərinin sədrləri və digər rəsmi şəxslər iştirak etmişlər. Spartakiadanın təqvim planına idmanın 7 növü daxil edilmişdir.

Spartakiadanın açılış mərasimindən sonra yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları adından Həmkarlar İttifaqlarının balansında olan Sabirabad rayon mərkəzi stadionunda keçirilən ağacəkmə aksiyasında   100 ədəd şam ağacı əkilmişdir.

Ağacəkmə tədbirinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Keçidlər