Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

17 sentyabr 2024 | 16:06

17 sentyabr 2024-cü il tarixdə Sabirabad Rayon İcra Hakimiyyəti və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə M.Ə.Sabir adına 1 nömrəli Sabirabad şəhər tam orta məktəbində yeniyetmələr arasında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət Planının 5.5.1-ci “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdiri Ceyran Xəlilova, rayon Polis şöbəsinin rəisi Ramin Qədirov, rayon Polis şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Tədbirdə təhsildən yayınma hallarına gətirib çıxaran səbəblər, təhsildən yayınmanın erkən nikah hallarına şərait yaratması, təhsildən yayınma hallarına məktəbdaxili və məktəbdənkənar problemlərin təsir göstərməsi, təhsildən yayınan uşaqların yenidən təhsilə cəlb edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İnteraktiv formatda davam edən görüşlər zamanı tələbələrlə maarifləndirici söhbətlər aparılaraq onların dərsdən yayınmasına səbəb olan bir sıra problemlərin həlli istiqamətində təkliflər irəli sürülmüş, şagirdlərin təhsilə cəlb edilməsi istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.

Keçidlər