Sabirabad rayonunda təhsil və tibb işçilərinin iştirakı ilə seminar keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" Publik Hüquqi Şəxsin mütəxəssisləri tərəfindən Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində Sabirabad rayonunda Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan rayonların (Sabirabad, İmişli, Saatlı, Beyləqan rayonları) ümumtəhsil orta və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də tibb işçilərinin iştirakı ilə seminar keçirilib.
Tədbirdə 10 noyabr 1992-ci il tarixli 371 nömrəli “Sanitariya-epidemiolji salamatlıq haqqında” Qanuna və digər hüquqi sənədlərə istinad edilərək uşaq və yeniyetmələr arasında epidemiya əleyhinə və profilaktika tədbirlərin görülməsi, su ilə bağlı gigiyenik biliklərin artırılması, uşaq, yeniyetmələr və gənclər arasında sanitariya-epidemioloji salamatlığının təmin edilməsi, həmçinin yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi, sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği, narkomaniya, spirtli içkilərin və tütün çəkmənin zərərlərinə dair Dövlət Proqramlarından irəli gələn tədbirlərin icrası və maarifləndirmə işinin təşkilinə dair geniş müzakirə aparılıb, təqdimat nümayiş olunub.
Sonda tədbir iştirakçılarına müxtəlif mövzularda təbliğat materialları təqdim edilib.