Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Sülh aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

21 sentyabr 2026 | 16:08

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində rayonda silsilə maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd sülhün bəşəriyyət üçün əhəmiyyətinin diqqətə çatdırılması, cəmiyyətdə sülh, həmrəylik və qarşılıqlı hörmət dəyərlərinin təşviqi, insanlar və xalqlar arasında anlaşma, dialoq və əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə töhfə vermək olub.

Tədbirlər zamanı çıxış edənlər sülhün cəmiyyətin təhlükəsizliyi, davamlı inkişafı və sosial rifahının təmin edilməsinin mühüm şərtlərindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, sülh anlayışı yalnız müharibə və silahlı münaqişələrin qarşısının alınması ilə məhdudlaşmır, eyni zamanda insanların təhlükəsiz şəraitdə yaşamasını, xalqlar və dövlətlər arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsini özündə ehtiva edir.

Çıxışlarda dünyada sülh və sabitliyin qorunmasının, fərqli fikir və mövqelərə hörmət əsasında dialoq mühitinin formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, sülh mədəniyyətinin cəmiyyətdə möhkəmləndirilməsi, xüsusilə gənc nəslin bu istiqamətdə maarifləndirilməsi gələcək nəsillərin daha təhlükəsiz və firavan mühitdə yetişdirilməsinə mühüm töhfə verir.

Həmçinin vurğulanıb ki, “Sülh aylığı” çərçivəsində keçirilən maarifləndirici tədbirlər sülh və tolerantlıq dəyərlərinin təbliğinə, cəmiyyətdə həmrəylik, qarşılıqlı anlaşma və sosial məsuliyyət hissinin gücləndirilməsinə xidmət edir.

Tədbirlər mövzu ətrafında geniş fikir mübadiləsi ilə davam etdirilib.

Keçidlər