Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda şəhidlərin xatirəsinə "Vətən Bağı" salındı

19 aprel 2022 | 17:10

"Qırmızı Ürəklər" Fondu, Pmd.az və Kapital Bankın birgə təşkilatçılığı ilə "Hər şəhid üçün bir ağac əkək" şüarı ilə həyata keçirilən "Vətən bağı" layihəsi çərçivəsində şəhid qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə Sabirabad rayonundan olan 269 şəhidin xatirəsinə Sabirabad rayonu Heydər Əliyev Parkının ərazisində "Vətən Bağı" salındı. Ağacəkmə aksiyasında şəhid ailələri, Sabirabad rayon ictimaiyyətinin nümayəndələri, PMD-nin, Kapital Bankın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak etmişdir.

Layihə çərçivəsində hər bir rayonda şəhidlik zirvəsinə ucalan igid qəhrəmanlarımızın sayına uyğun ağaclar əkilərək “Vətən Bağ”ları salınır. Bu layihə vətəndaşlarımız arasında ekoloji tərbiyəni gücləndirmək, Azərbaycanın ekoloji mühitinə töhfə vermək və şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

Keçidlər