Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "Şahin" hərbi-idman oyununun Mil-Muğan regionu üzrə zona mərhələsi keçirilib

23 aprel 2025 | 18:51

Yarışda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumtəhsil məktəblərinin komandaları birincilik uğrunda mübarizə aparıblar.

Tədbirdə çıxış edənlər gənc nəslin xalqa, dövlətə sədaqət ruhunda yetişməsində, onların mənəvi-psixoloji və fiziki hazırlığında, komanda düşüncə tərzinin təbliğində, vətənpərvərlik hisslərinin aşılanmasında, sabahın əsgər və zabitlərinin formalaşmasında ənənəvi “Şahinlər” hərbi-idman oyununun əhəmiyyətindən danışıblar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyini qeyd ediblər və dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik sahəsinin mühüm yer tutduğunu vurğulayıblar.

Sonra komandalar təntənəli marşla tribuna önündən keçmiblər və onların sıra hazırlığı səviyyəsi yoxlanılıb. “Şahinlər” müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışda İmişli rayon komandası qalib olaraq Bakı şəhərində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.

Keçidlər