Sabirabad rayonunda ”Sağlam həyat tərzi” mövzusunda marifləndirici tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında 3378 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 3.3.7.1-ci (Respublikanın ali və orta təhsil müəssisələrində tələbə, şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması) bəndinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Sabirabad N.Gəncəvi adına şəhər 5 saylı tam orta məktəbdə şagirdlərlə ”Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib, tədbirdə mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirildi.
Şagirdlərin sağlam həyat tərzinə aid öz əl işləri və videoçarxlar nümayiş olundu.