Sabirabad rayonunda "Qırmızı, Sarı, Yaşıl" adlı maarifləndirici tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi, Mil-Muğan Regional Təhsil İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad şəhər 5 nömrəli tam orta məktəbində yol hərəkəti qaydaları ilə bağlı "Qırmızı, Sarı, Yaşıl" adlı maarifləndirici tədbir keçirilib.
Tədbir təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, onları yol qəzalarından qorumaq məqsədilə təşkil olunub.
Tədbirdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin vacibliyi vurğulanıb. Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunması diqqətə çatdırılıb.
Məktəbdə yol nişanlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında yarışlar keçirilib. Sonda şagirdlərə hədiyyələr təqdim olunub.