Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi” mövzusunda maarifləndirici tədbirlər keçirilir

14 oktyabr 2022 | 15:52

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş 10.12.3; 10.12.4; 10.12.5 bəndlərinin icrasının təmin edilməsi məqsədilə Sabirabad rayonunda əhali arasında növbəti təşviqat və maarifləndirmə işləri aparılır.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının həkimləri və Ailə Sağlamlıq Mərkəzinin mütəxəssisləri ərazilər üzrə rayon sakinləri ilə görüşərək qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı maarifləndirici söhbət aparmış,  onları maraqlandıran sualları cavablandırmışlar.

Keçidlər