Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Novruz bayramının ilk müjdəçisi olan Su Çərşənbəsi münasibətilə bayram tədbiri keçirilib

24 fevral 2026 | 16:30

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir Kür və Araz çaylarının qovuşduğu yerdə, “Suqovuşan” adlanan ərazidə təşkil olunub.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək iştirakçıları Su Çərşənbəsi münasibətilə təbrik ediblər. Çıxışlarda Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərini yaşadan, birlik və həmrəyliyi möhkəmləndirən qədim ənənə olduğu vurğulanıb, Su Çərşənbəsinin saflıq, aydınlıq və yenilənmə rəmzi kimi xüsusi məna daşıdığı qeyd olunub.

Daha sonra mədəniyyət nümayəndələrinin ifasında konsert proqramı təqdim edilib. Proqramda milli musiqilər, baharı tərənnüm edən mahnılar səsləndirilib, rəqs nümunələri, rayonun pəhləvanları tərəfindən bir-birindən maraqlı nömrələr nümayiş olunub.

Eyni zamanda Novruz bayramının ənənəvi personajları olan Keçəl, Kosa və Bahar qızı tədbirə xüsusi rəng qataraq iştirakçılarla birgə bayram əhval-ruhiyyəsi yaradıb, maraqlı səhnəciklər təqdim ediblər.

Keçidlər