Sabirabad rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin qarşısında ümumrayon Novruz şənliyi keçirilmişdir.
Əvvəlcə sərgiyə baxış keçirilmiş, pəhləvanların, idmançıların nümunəvi çıxışları olmuşdur. Tədbir təşkilatçıları bütün sabirabadlıları, eləcə də tədbir iştirakçılarını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara xoş arzularını çatdırmış, ötən müddət ərzində görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən danışmışlar. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə sabirabadlılar adından təbrik etmiş, onlara çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulamışlar.
Bədii hissədə incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış etmişlər.