Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

14 fevral 2023 | 12:23

N.Gəncəvi adına 5 nömrəli Sabirabad şəhər tam orta məktəbində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, rayon İcra Hakimiyyətinin məhsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Sabirabad rayon Təhsil sektorunun məsul işçiləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Rayon Polis şöbəsinin rəisi Namiq Camalov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir. Natiq sonda bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyini vurğuladı.

Tədbirdə həmçinin “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər