Sabirabad rayonunda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilmişdir
N.Nərimanov adına 2 saylı beynəlmiləl təbiət və texniki təmayüllü Sabirabad şəhər tam orta məktəb-liseyində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin məhsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Rayon Polis şöbəsinin rəis müavini Aqşin Tağıyev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir.
Daha sonra rayon Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Nazim Sultanov çıxış edərək rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, məktəblərdə görülən profilaktiki işlər barədə məlumat verdilər. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.