Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda MÜSAİD İctimai Birliyinin Azərbaycan filialının təşkilatçılığı ilə müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunmuşdur

26 mart 2024 | 20:55

“Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi” (MÜSAİD) İctimai Birliyinin Azərbaycan filialının təşkilatçılığı ilə müqəddəs Ramazan ayı ilə əlaqədar Sabirabad şəhəri “Şam Palace” şadlıq sarayında iftar süfrəsi təşkil olunmuşdur.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Republikasında fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Sabirabad RİH başçısı Siraqəddin Cabbarov, Milli Məclisin deputatı Ramin Məmmədov, “Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi” İctimai Birliyinin Azərbaycan filialının idarə heyətinin sədri Rəşad Cabbarlı, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak edib.

İftar süfrəsindən öncə tədbir iştirakçıları Sabirabad Şəhidlər Xiyabanını ziyarət edib.

Tədbirdə çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. Çıxışçılar dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla bəhs ediblər.

Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub.

Keçidlər