Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Murad” Əlillər İctimai Birliyi "Həssas əhali qrupunun məşğulluğuna dəstək" layihəsi çərçivəsində təlim keçmişdir

05 iyul 2024 | 14:01

5 iyul 2024-cü il tarixdə Sabirabad Dövlət Sosial İqtisad Kollecində "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" Publik Hüquqi Şəxsin maliyyə dəstəyi və “Murad" Əlillər İctimai Birliyinin təşkilatçılığı ilə “Həssas əhali qrupunun məşğulluğuna dəstək” layihəsi çərçivəsində “Sosial sahibkarlıq (biznes)” mövzusunda həssas əhali qrupunun məşğulluğuna dəstək yardımların göstərilməsi ilə bağlı təlim keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Təlimdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, “Murad" Əlillər İctimai Birliyinin icraçı drektoru Rəsmiyyə Səmədova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Sabirabad Qadın Resurs Mərkəzinin direktoru Aygün Əliyeva, həssas əhali qrupunun üzvləri və müharibə iştirakçıları iştirak etmişdir.

Təlimdə iştirak edənlərə “Sosial sahibkarlıq (biznes)” mövzusu ilə əlaqədar bəzi faydalı məlumatlar və materiallar verilmiş, sonda "İştirakçı sertifikatı" təqdim olunmuşdur.

Keçidlər