Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

05 mart 2026 | 20:20

Sabirabad Rayon İcra Hakimiyyəti və “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən “Şam Palace” restoranında müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilmişdir.

İftar süfrəsində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin pambıq emalı zavodunun direktoru Özay Göküş, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad şöbəsinin üzvü Ağakərim Sadıqov, pambıq emalı zavodlarının rəhbərləri, fermerlər, şəhid ailələri, müharibə əlilləri və veteranları, ağsaqqallar, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. 

İftar süfrəsində çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. İftar süfrəsində Müqəddəs “Quranı Kərimdən” ayələr oxunub, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi anılıb və dualar edilib. Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması qeyd edilib.

Şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları onlara göstərilən hərtərəfli diqqət və qayğıdan söhbət açaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər