Sabirabad rayonunda "Muğan" Ağır Atletika Klubunun yeniyetmələri arasında ağır atletika üzrə açıq rayon birinciliyi keçirilib
10 iyun 2023 | 18:40
İyunun 10-da Sabirabad şəhərində "Muğan" Ağır Atletika Klubunun yeniyetmələri arasında ağır atletika üzrə açıq rayon birinciliyi keçirilib. Yarışda Sabirabad, Masallı və Lənkərandan olan idmançılar medallar uğrunda mübarizə aparıblar.
Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin deputatı Kamal Cəfərov, idman səfirləri Aynur İmanova, Aliyə Paşayeva və ağır atletika üzrə milli komandanın üzvü Dadaş Dadaşbəyli yarışı izləyib, mükafatlandırma mərasimində iştirak ediblər.