Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı tədbir keçirilib

22 iyul 2025 | 16:45

Sabirabad Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə "22 İyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov 150 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatının böyük və şərəfli inkişaf yolundan danışıb. Bildirib ki, mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.

Rayon icra hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini, mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılır.

Mətbuat işçiləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrinə hədiyyələr təqdim olunub.

#SabirabadRayonİcraHakimiyyəti

#UşaqHüquqları #MediadaUşaq #ƏkinçiRuhu

#Media150 #AzərbaycanMətbuatı

#AiləQadınUşaq

Keçidlər