Sabirabad rayonunda Mil-Muğan regionu üzrə Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlanılmışdır
Uşaq İncəsənət Festivalının başlaması münasibətilə Sabirabad şəhərində yürüş təşkil edilib.
Yürüşdə Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları üzrə fəaliyyət göstərən Uşaq musiqi və incəsənət məktəblərinin, eyni zamanda ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Sabirabad şəhəri “Sabir Bağı”ndan başlayan yürüş İ.Qayıbov küçəsi və Heydər Əliyev prospektilə davam edərək Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında bitib.
Festival daha sonra rayon Mədəniyyət Mərkəzinin qarşısında musiqili, əyləncəli proqramla davam edib.
Festivalda Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və Mil-Muğan Regional Təhsil İdarəsinin rəis müavini Rabil Şahbazov çıxış edərək iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıblar.
Festivalın konsert hissəsində “Band” musiqi qrupu tərəfindən bir-birindən maraqlı musiqi nömrələrinin səsləndirilməsi tədbirə xüsusi əhval ruhiyyə qataraq iştirakçıların maraqlı anlar yaşamasına səbəb olub.
Tədbirin bədii hissəsindən sonra iştirakçılar festivalda çıxışlarını nümayiş etdirmək üçün qeydiyyat prosesindən keçərək rayon Mədəniyyət Mərkəzinə daxil olublar.