Sabirabad rayonunda “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı maarifləndirici tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi və rayon Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Sabirabad Mərkəzi kitabxanasında əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi məqsədilə aidiyyəti qurumların nümayəndələri və icma sakinlərinin iştirakı ilə “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə ekspertlər tərəfindən iştirakçılara məişət zorakılığının növləri, yardım mərkəzləri, mühafizə orderi barədə ətraflı məlumat verilib, ölkəmizdə məişət zorakılığının qarşısının alınması - məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdən danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tarix elmləri üzrə fəlsəfi doktoru İradə Əlili məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından bəhs edib.
İştirakçılara “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı maarifləndirici buklet paylanılıb.






