Sabirabad rayonunda Mediasiya xidmətlərinin tətbiqi ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir
16 oktyabr 2024-cü il tarixdə Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4059 nömrəli Sərəncamının 8.4.6 bəndində qeyd olunmuş ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülməsi məqsədilə mediasiya haqqında maarifləndirmə tədbiri keçirilmişdir.
Sabirabad rayon Əli Qurbanov adına Qalağayın kənd tam orta məktəbinin akt zalında keçirilən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Başçı yanında “Məişət zorakılığının qarşısının alınması haqqında” Sabirabad rayon Komissiyasının və “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə monitorinq qrupunun üzvləri və rayon sakinləri iştirak etmişdir.
Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Məişət zorakılığının qarşısının alınması haqqında” Sabirabad rayon Komissiyasının və “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə monitorinq qrupunun üzvləri ölkəmizdə mediasiya prosesinin tətbiqi ilə bağlı geniş məlumat vermiş, mediasiya prosesinin əhəmiyyətindən danışmışlar. Sakinlər arasında təbliğat işlərinin aparılması, mediasiya ilə bağlı müraciət forması barədə əhalinin maarifləndirilməsi üçün kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrə aidiyyəti tövsiyələr verilmişdir.
Daha sonra Sabirabad 1 saylı mediasiya təşkilatının direktoru Musa Ramazanov mediasiya haqqında, mediasiya təşkilatının vəzifə və səlahiyyətləri haqqında, təşkilata müraciət qaydaları haqqında ətraflı məlumat vermiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.