Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda kütləvi ağacəkmə aksiyası təşkil edilib

13 dekabr 2025 | 11:30

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası Sabirabad rayonunda təşkil edilib.

IDEA könüllülərinin iştirakı ilə Sabirabad rayonunun Məmişlər kəndi ərazisində 1250 ədəd sərv, Şərq çinarı və meliya ağacı əkilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi, Sabirabad Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. "Yaşıl marafon" çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Keçidlər