Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Kür çayının ətrafında təmizlik aksiyası keçirilib

22 iyul 2023 | 12:58

Sabirabad rayonu Qaragüney kəndi ərazisində, 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Şirvan meşəbəyliyinin 4-cü dolayının 14-cü kvartalında 22 iyul 2023-cü il tarixində Təmizlik aksiyası keçirilib.

 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı, Sabirabad Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı, o cümlədən 3 saylı RMTM-nin, Şıx Salahlı, Dadaşbəyli, Qaragüney, Azadkənd, Minbaşı və Güdəcühür kənd İƏD-nin nümayəndəliklərinin iştirakı ilə təmizlik aksiyası keçirilmişdir.

Aksiya zamanı meşə sahəsinə 5 ha əraziyə atılmış ümumi həcmi 133 kq məişət tullantıları, xüsusilə də, plastik qablar, polietilen torbalar ərazidən təmizlənərək aidiyyəti üzrə şəhər poliqonuna daşınmışdır. Ümumilikdə 95 nəfərin iştirak etdiyi iməclik zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində maarifləndirmə işləri aparılmışdır.

Keçidlər