Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümumrayon iməciliyi təşkil olunub

04 aprel 2025 | 16:24

“Konstitusiya və Suverenlik İli” çərçivəsində aprelin 4-də Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad rayonunda ümumrayon iməciliyi təşkil olunub.

Ümumrayon iməciliyində Sabirabad Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak edib.

Aksiya çərçivəsində ərazi məişət tullantılarından, qurumuş ağac və gül kollarından təmizlənərək yeni ağac və gül kolları əkilmiş, aqrotexniki qulluq göstərilmişdir.

Rayon ərazisində yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər hazırda davam edir.

Keçidlər