Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar veloyürüş keçirilib

03 iyun 2025 | 16:19

Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Sabirabad Gənclər Evi və Gənclərin İnkişaf Kariyera Mərkəzi Mil-Muğan Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar Sabirabad rayonunda veloyürüş keçirilib.

Sabirabad Gənclər Evinin qarşısından başlayaraq 4 km məsafəni əhatə edən marşrut Kür və Araz çaylarının qovuşduğu məkanda başa çatmışdır. Finiş nöqtəsində yürüş iştirakçıları ilə birlikdə tədbir keçirilib.

Tədbirdə Sabirabad RİH başçısı aparatının əməkdaşı Fərid Ağayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis əvəzi Elçin Qiyasov və Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov çıxış edərək yürüş iştirakçılarına təbriklərini çatdırıblar. Yürüşdə 100-ə yaxın həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər.

Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.

Keçidlər