Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda kənd təsərrüfatı kooperativlərinin sərgi-satış yarmarkalarının təşkili, istehsal edilən məhsulların satışına dəstək verilməsi, pilot layihələrin dəstəklənməsi və üstünlükləri mövzusunda maarifləndirici tədbir keçirilmişdir

20 oktyabr 2024 | 16:51

Strateji Yol Xəritəsinə və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na müvafiq bəndlərinin icrası ilə əlaqədar Sabirabad rayonunda kənd təsərrüfatı kooperativlərinin sərgi-satış yarmarkalarının təşkili, istehsal edilən məhsulların satışına dəstək verilməsi, pilot layihələrin dəstəklənməsi və üstünlükləri mövzusunda maarifləndirici tədbir keçirilmişdir

Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Sabirabad Rayon İcra Hakimiyyətinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar Sığorta Fondunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər Aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən biridir. Kooperativlər kiçik kənd təsərrüfatı məhsulları istehsalçılarına əhəmiyyətli dəstək verməklə, onların müxtəlif növ xidmətlərə, resurslara, texnologiyalara, kreditlərə və tədarük mərkəzlərinə çıxış imkanlarının artmasının vacibliyini qeyd etmişlər.

Keçidlər