Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Kənd sağlamlığı günləri” layihəsi çərçivəsində seminar keçirmişdir

08 iyul 2025 | 15:30

Sabirabad Rayon İcra Hakimiyyəti və “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sabirabad Bayraq Muzeyində “Kənd sağlamlıq günləri” layihəsi çərçivəsində Sabirabad rayonun ucqar kəndlərindən (Yenikənd, Quruzma, Yolçubəyli) olan fəal sakinləri layihəyə cəlb etməklə 20 nəfərin iştirakı, QİÇS əleyhinə və eləcədə vərəm və onlara yoluxma yolları ilə bağlı təbliğat işləri aparmaqla, narkomaniya və QİÇS əleyhinə məlumatlar, matriallar paylaşmaqla HİV və Vərəm əleyhinə qarşı seminar keçirilmişdir.

Seminarda Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, RİHB-nin müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, RİHB aparatının əməkdaşları, “Tərəqqi” Sosial Tədqiqatlar İB-nin sədri Calal Əmənov, ziyalılar və fəal kənd sakinləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, “Tərəqqi” Sosial Tədqiqatlar İB-nin sədri Calal Əmənov layihənin məqsədi, hədəfləri və təşkilat barədə iştirakçılara ətraflı məlumat verib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlamış, mövzunun əhəmiyyəti barədə çıxış etmişdir.

Seminarda çıxış edənlər «HİV-in erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər», «Azərbaycanda İİV-QİÇS-lə bağlı vəziyyət, profilaktika tədbirləri və qorunma yolları» mövzusunda ətraflı məlumat verdilər.

Sonda mövzular ətrafında diskussiyalara start verildi. Gənclər onları maraqlandıran suallara dolğun cavablar aldılar.

Keçidlər