Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda ilk dəfə səs verəcək gənclər ilə səyyar görüş keçirilmişdir

28 dekabr 2023 | 18:00

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçki hüququ ilə bağlı maarifləndirici səyyar görüşlərin keçirilməsinə başlanılıb. “Gəncin səsi, Gələcəyin səsi!” şüarı ilə baş tutan səfərlər Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə icra edilir.

Avtobuslar vasitəsi ilə təşkil edilən səyyar görüşlərin əsas məqsədi bölgələrdə, xüsusilə də kəndlərdə yaşayan gənclərin seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Qeyd edək ki, 28 dekabr tarixindən başlayan səyyar görüşlər ölkəmizin bir çox bölgəsini əhatə edəcək. Maarifləndirici-əyləncəli formatda təşkil olunan görüşlər ilk olaraq Şirvan, Sabirabad və Şamaxıda baş tutmuşdur. Sabirabad Olimpiya İdman Kompleksində gənclər üçün səyyar platformalar qurularaq rəqəmsal alətlər barədə məlumat sessiyaları, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər, müxtəlif oyunlar keçirilib və musiqili əyləncələr təşkil edilib.

Cəmiyyətin təkanverici qüvvəsi olan gənclərin fəal seçici rolunda çıxış etməsi və cəmiyyətin digər təbəqələrini də passiv müşahidəçidən fəal iştirakçılığa keçməsinə təşviq etmək gənclərin ölkə vətəndaşı olaraq əsas vəzifələrindəndir. “Gəncin səsi, Gələcəyin səsi!” şüarı ilə Azərbaycanın bölgələri üzrə həyata keçirilən səyyar görüşlər gəncləri bu vətəndaşlıq vəzifəsinin icrasına məsuliyyətlə yanaşmağa həvəsləndirmək məqsədi daşıyır.

Keçidlər