Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "Hüquqi dövlət quruculuğunda Heydər Əliyev İrsi" mövzusunda dəyirmi masa təşkil edilib

09 iyun 2023 | 14:27

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə və 18 may - 18 iyun "İnsan hüquqları aylığı" çərçivəsində Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Hüquqi dövlət quruculuğunda Heydər Əliyev İrsi" mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları C.Cəfərli, E.İbrahimov, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, Sabirabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kürkəndi kənd və şəhər filiallarının əməkdaşları, eləcə də gənclər iştirak edib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə bildirib ki, müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev vətəndaşların azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyə, demokratiyaya xidmət etdiyini bildiyi üçün məhz bu məsələyə xüsusi diqqət ayırıb.

Mövzu ətrafında çıxış edənlər C.Cəfərli, E.İbrahimov, Ş.Əbilova, S.Mehtiyeva bildiriblər ki, ölkəmizdə "İnsan hüquqları aylığı"nın elan edilməsinin əsas məqsədi insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, əhalini hüquqi maarifləndirməkdir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər