Sabirabad rayonunda "Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda rayon gəncləri ilə dəyirmi masa keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin təşəbbüsü və Sabirabad rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda rayon gəncləri ilə dəyirmi masa keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev açaraq, qeyd etmişdir ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyatə keçirilməsi Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır, Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəsilin inkişafına davamlı qayğı göstərirdi.
Daha sonra Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, SHXÇDA-nın Sabirabad rayon şöbəsinin rəisi Əlsafa Məmmədov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə "Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda çıxış ediblər. Dəyirmi masada iştirak edən gənclərdən Nəzrin Babazadə, Nihal Əliyeva, Rəqsanə Allahverdiyeva mövzu ətrafında fikir bildiriblər.
Tədbirin sonunda il ərzində keçirilən hərbi vətənpərvərlik tədbirlərində fəallıq göstərən bir qrup gənc Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin diplomları və “Azərbaycan bayrağı” döş nişanı ilə təltif olunublar.