Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktiki konfrans keçirilib

26 aprel 2023 | 14:30

Sabirabad rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq Sabirabad Rayon İcra Hakimiyyətinin və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətnin başçısı Siraqəddin Cabbarov, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru Suma Huseynova, RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Sabirabad rayon təşkilatının üzvləri, ziyalılar və gənclərin nümayəndələri iştirak edib.

Sabirabad Heydər Əliyev Mərkəzində keçirilən tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Siraqəddin Cabbarov Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq, Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb. Eyni zamanda Heydər Əliyevin Sabirabad rayonuna göstərdiyi diqqət və qaygıdan söz açan rayon rəhbəri, çıxışını Ulu öndər Heydər Əliyevin məhşur bir kəlamı ilə bitirdi: "Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır.”

Ulu öndər Heydər Əliyevin siyasi kursundan söz açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov 1969-cu ildən onun Azərbaycana rəhbər seçilməsi, tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olduğunu və ölkəmizin son onilliklər ərzində qazandığı uğurların Ümummilli liderin adı ilə bağlı olduğunu vurğuladı.

Ümummilli liderin keçdiyi həyat yolundan, Azərbaycan dövləti və xalqı üçün göstərdiyi əvəzsiz xidmətlərdən söz açan AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru Suma Huseynova Heydər Əliyevin dünya siyasətçiləri arasında malik olduğu nüfuzundan və respublikanın beynəlxalq aləmdə qəbul olunması üçün etdiklərindən danışıblar.

Tədbirdə çıxış edən digər natiqlər Heydər Əliyevin müxtəlif sahələrə olan xüsusi diqqət və qayğısından, eyni zamanda gənclərə olan etimadından və gənclərin onlara olan bu etimadı doğrultduqlarını vurğulayıblar.

Mövzu əsasında fikirlərini bölüşən qonaqlar istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.

Keçidlər