Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib

01 iyun 2023 | 14:30

Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, YAP Sabirabad rayon təşkilatının fəalları, şəhid ailələri, müharibə əlilləri və veteranları, mədəniyyət işçiləri, məktəblilər, gənclər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qeyd etmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin əsas tərkib hissəsini təşkil edən istedadlı uşaqların üzə çıxarılması, onların istedadlarının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün xüsusi şəraitin yaradılması və həmin uşaqların həvəsləndirilməsi, onlara dövlət qayğısının daim artırılması istiqamətində respublikamızda böyük işlər həyata keçirilmişdir.

Bu gün də respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısı və diqqəti sayəsində xüsusi istedadı olan uşaqların öz bacarıqlarını inkişaf etdirməsi istiqamətində əməli işlər görülür, yeni layihələr həyata keçirilir.

Xüsusi olaraq vurğulanıb ki, yaradıcılıq festivalının əsas məqsədi istedadlı uşaqların inkişafının təmin edilməsi, bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi, yaradıcılığın bütün sahələri və müasir istiqamətləri üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Festivalda Sabirabad şəhərinin ümumtəhsil məktəblilərinin müxtəlif nominasiyalar üzrə rəsm, toxuma və tətbiqi sənət işləri nümayiş olunub, həmçinin xüsusi yaradıcılıq qabiliyyətləri olan uşaqlar musiqi, şeir, folklor və mahnı nümunələri ifa ediblər.

Keçidlər