Sabirabad rayonunda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım günü münasibətilə tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin və “Sabirabad Rayon Mərkəzi Xəstənası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə rayon xəstəxanasının inzibati binasında görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keşmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışı zamanı bildirib ki, akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkədə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr verib.
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkeş valideyn olduğunu qeyd edib, onun elmi-pedaqoji və ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıblar.
Sabirabad rayon səhiyyəsinin məsul şəxsləri məruzələrində Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyi fundamental əsərləri barədə geniş məlumatlar veriblər.