Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilmişdir

25 noyabr 2025 | 15:45

Sabirabad rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) birgə təşkilatçılığı ilə 25 noyabr 2025-ci il tarixində Çölbeşdəli kənd tam orta ümumtəhsil məktəbdə 25 Noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Gününə həsr edilmiş maarifləndirici görüş keçirilib.

Tədbirdə RİHB aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Eldəniz Bayramov, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor əvəzi Şamama Əbilova, rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin Çölbeşdəli ərazisi üzrə sahə müvəkkili İman Muradov və icma sakinləri iştirak etmişdir.

Tədbirdə çıxış edənlər hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) - 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq məqsədilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” Kampaniyasının keçirildiyini bildiriblər.

Eyni zamanda erkən evlilik, qohum evliliyi və zorakılıq hallarının qarşısının alınması məqsədilə həyata keçirilən maarifləndirmə tədbirləri, qanunvericilikdə edilmiş dəyişikliklər, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə müəyyən edilmiş məsuliyyət barədə ətraflı məlumat verilib.

Sonra mövzu ətrafında müzakirə aparılıb, iştirakçıların sualları cavablandırılıb.

#QadınlaraQarşıZorakılıqlaBeynəlxalqMübarizəGünü

#Genderəsaslızorakılığaqarşı16günlükfəallıqKampaniyası

#AiləQadınUşaq

#SabirabadUşaqVəAilələrəDəstəkMərkəzi

#RayonİcraHakimiyyəti

#ÇölbeşdəliKəndTamOrtaMəktəb

 

Keçidlər