Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda gənclərlə maarifləndirici görüş keçirilib

22 aprel 2022 | 17:20

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunan "Region gəncləri arasında dini radikalizm və ekstremizmin meyillərindən qorunma mövzusunda maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində 22 aprel 2022-ci il tarixində Sabirabad rayonunda gənclərlə maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov, Sabirabad  RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad  rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai  Birliyinin sədri Cavid Əliyev, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri iştirak etmişdilər.

Əvvəlcə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev çıxış edərək layihənin keçirilmə məqsədi və hədəfləri barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Daha sonra Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev çıxış edərək iştirakçıları salamlamış rayonda bu sahədə görülən işlər barədə ətraflı məlumat vermişdir. Görüş diskussiya formatında davam etmişdir. 

Keçidlər