Sabirabad rayonunda Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən seminar-müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Sabirabad Rayon İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidaeərtmə orqanları, eləcə də idarə və təşkilatlar arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və həlli yollarına” həsr olunmuş seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə FHN Muğan Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının əməkdaşları, İcra Hakimiyyətinin məsul işçiləri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların nümayəndə heyətləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov müzakirə olunan mövzunun əhəmiyyətindən danışıb, FHN-in Muğan Regional Mərkəzi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlilinin aparıldığını vurğulayıb.
Daha sonar çıxış edən Muğan Regional Mərkəzin rəis müavini, polkovnik-leytenant Orxan Bağırov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz təbirlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, xidmət sahələri ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülmüş işlər, problemlər və onların həlli yollarının müzakirəsindən danışıb.
Seminar-müşavirənin gedişində Mərkəzin əməkdaşları tərəfindən rayonda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib.
Sonda mövzuya dair tədbir iştirakçılarının təklifləri dinlənilib, suallar cavablandırılıb.







