Sabirabad rayonunda fermerlər arasında subsidiya müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilmişdir
Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanının 8-ci (Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həmin ərazidə fəaliyyət göstərən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsində və maarifləndirmənin həyata keçirilməsində iştirak etsinlər) hissəsinin icrası ilə əlaqədar Sabirabad rayon İcra Hakimiyyəti və Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə maarifləndirici görüş keçirilmişdir.
Görüşdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov, inzibati ərazi dairə üzrə nümayəndələr və fermerlər iştirak etmişlər.
İclas zamanı Sabirabad RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ərazilərində fəaliyyət göstərən fermerlər arasında subsidiya müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsində iştirakı və bu sahədə maarifləndirmə işlərinin təşkili məsələləri müzakirə olunmuşdur. Nümayəndələrə fermerlərin müraciətlərinin sistemə düzgün və vaxtında daxil edilməsi, eləcə də subsidiya mexanizmi ilə bağlı fermerlər arasında izahat işlərinin aparılması qaydaları barədə ətraflı məlumat verilmişdir.
Sonda nümayəndəliklərə ərazilərində fəaliyyət göstərən fermerlərə zəruri dəstəyin göstərilməsi, onların subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsinə köməklik göstərilməsi və maarifləndirmə tədbirləri davamlı əsasda Sabirabad rayonunda keçirələcəyi vurğulanmışdır.







