Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda fəaliyyət göstərən səhmdar cəmiyyətlər ilə Mərkəzi Bank arasında görüş keçirilib

28 aprel 2023 | 14:10

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında Sabirabad rayonunda səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdiriməsi, emitentlərin illik hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməsi və cəmiyyətlərin fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsi istiqamətində görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi şobəsinin əməkdaşı Yusif Məmmədov, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və digər məsul şəxslər iştirak edib.

Görüşdə maliyyə xidmətləri sahəsində şəffaflığın artırılması, nəzarət subyektləri tərəfindən təqdim edilən hesabatlılığın təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, səhmdar cəmiyyətlər arasında daha geniş miqyaslı kommunikasiyanın yaradılması, hesabatlılıqla əlaqədar qanunvericilik tələblərinin izah olunması məsələləri haqqında məlumat verilib.

Görüş qarşılıqlı müzakirələr ilə davam edib.

Keçidlər