Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib

02 oktyabr 2023 | 12:30

Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli“ çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul işçiləri, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət idarəsinin rəsi Faiq Xudanlı, ağsaqqallar, ziyalılar və elm adamları iştirak etmişdirlər.

Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib və bu tarixi müqavilənin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil olub.

Sonra rayon Ağsaqqallar şurasının sədri Eyvaz Fərzəliyev çıxışında bildirib ki, sentyabrın 20-si Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramıdır. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoyub. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı olub. Tam əminliklə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Ümummilli Liderin bu gün artıq dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur tezisinin tarixi əhəmiyyətinə söykənərək deyə bilərik ki, bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır.

Daha sonra digər çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının zəfər təntənəsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ümummilli Liderin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş verib. Bu dövrdən Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır. "Əsrin müqaviləsi"nin imzalanmasından ötən müddətdə Ümummilli Lider Heydər Əliyevin "Yeni neft strategiyası"nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilib.

Keçidlər