Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "Erkən nikahın fəsadları "mövzusunda maarifləndirici seminar keçirilmişdir

03 mart 2025 | 14:30

03 mart 2025-ci il tarixdə Sabirabad şəhər 2 saylı Beynəlmiləl Təbiət və Texniki Təmayüllü məktəb-liseydə "Erkən nikahın fəsadları" mövzusunda maarifləndirici seminar keçirilmişdir

Tədbirdə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Şamama Əbilova, Sabirabad RİH başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Eldəniz Bayramov, müəllim və şagirdlər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin Tədris işləri üzrə direktor müavini Cavidə Məmmədbəyova mövzunun aktuallığından danışdı. Qeyd elədi ki, belə tədbirlərin vaxtaşırı keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin təhsil alması, gələcəkdə hər hansı peşəyə yiyələnməsinin onlar üçün daha faydalı olduğundan söz edərək, erkən nikahın həm fizioloji, həm psixoloji baxımdan zərərli olduğuna diqqəti yönəltdi.

Daha sonra Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Şamama Əbilova tədbirin müsbət nəticəsinə əminliyindən danışaraq şagirdlərə ürək sözlərini, tövsiyələrini dedi. Şagirdlərə "Valideynə məktub" təqdim etdi. Sabirabad RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Eldəniz Bayramov da mövzu ilə əlaqədar danışdı, qanunvericikdə bununla bağlı olan bəzi məsələlərə toxundu.

Məktəbin biologiya müəllimi Abasova Günel reproduktiv sağlamlıqla bağlı vaxtaşırı maarifləndirici məşğələlər keçirdiyindən, bununla bağlı valideyn iclaslarının təşkilindən danışdı. Bioloji cəhətdən də erkən nikahın orqanizmə təsirindən, erkən nikahdan irəli gələn fəsadlardan söz açdı. Məktəbin psixoloqu Gülbəniz Əliyeva isə psixoloji cəhətdən erkən nikah hansı fəsadlara yol açmağından danışaraq ,videoçarx və slaydlar nümayiş etdirdi.

Sonda şagirdlərin fikirləri dinlənilmişdir.

Keçidlər