Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda erkən evliliklərin və qohum nikahlarının qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib

05 fevral 2025 | 16:25

Sabirabad Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Əli Qurbanov adına Qalağayın kənd tam orta məktəbində valideynlərin, şagirdlərin və müəllim kollektivinin iştirakı ilə erkən evliliklərin və qohum nikahlarının qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər, bu kimi halların insanların fiziki və psixi sağlamlığına vurduğu zərərlər barədə maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən ekspertlər qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunmasını barədə müzakirələr aparıblar.

Tədbirdə həmçinin erkən evlilik və qohum nikahlarının zərərlərindən danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər