Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda əmək yarmarkası keçirilib

05 aprel 2023 | 14:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad Bayraq Muzeyində əmək yarmarkası keçirilib.

Yarmarkada Milli Məclisin deputatı Ramin Məmmədov, Sabirabad Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Məşğulluq filialının məsul işçiləri iştirak etmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Məşğulluq Agentliyinin fəaliyyətinin genişləndirilməsi, vətəndaşların məşğulluğunun təmin olunması məqsədilə dövlət proqramlarının həyata keçirilməsindən danışıblar. Belə əmək yarmarkalarının təşkil olunması nəticəsində işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edildiyi vurğulanıb. Həmçinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verilib. Əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilindən, sosial qayğıya ehtiyacı olan ailələr üçün yaradılan özünüməşğulluq imkanlarından bəhs edilib.

Əmək yarmarkasında 13 müəssisə üzrə 195 vakansiya təqdim olunub. Həmçinin 14 şəxsin peşə hazırlığına cəlb olunması üçün şərait yaradılıb, əlavə olaraq işə götürənlər üçün xüsusi müsahibə otağı təşkil edilib. İşğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında da müraciət edənlərə detallı məlumatlar verilməsi üçün xüsusi pəncərə yaradılıb. Bundan başqa, vətəndaşlar aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq haqqında ətraflı məlumatlandırılıb.

Tədbir iştirakçıları əmək yarmarkasında təklif olunan iş yerləri ilə tanış olublar. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.

Keçidlər