Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ekoloji baxımdan əlverişli “yaşıl“ texnologiyaların tətbiqinin genişləndirilməsi mövzusunda maarifləndirici tədbir keçirildi

14 avqust 2024 | 14:37

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad Bayraq Muzeyində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji baxımdan əlverişli “yaşıl“ texnologiyaların tətbiqinin genişləndirilməsi mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Sabirabad RİH-nin məsul şəxsləri, 3 saylı Sabirabad Neft Terminalı Bazası və rayon Qaz İstismar Sahəsinin işçiləri iştirak etmişdir.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı konkret tapşırıqlar qoyulub.

Bu baxımdan Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir və burada başlıca məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaqla yanaşı, əlavə xammal bazası yaratmağın vacibliyini vurğulamışdır. 

Daha sonra 3 saylı Sabirabad Neft Terminalı Bazasının mühəndisi Ədalət Hüseynov və digər çıxışçılar ekoloji baxımdan əlverişli “yaşıl“ texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı məlumat verdi.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər