Sabirabad rayonunda “Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması” ilə əlaqədar dəirmi masa keçirilmişdir
19 yanvar 2023-cü il tarixində YAP Sabirabad rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası ilə əlaqədar olaraq “Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, aparatının məsul işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə qeyd edilmişdir ki, ötən dövr ərzində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası ilə əlaqədar olaraq “Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması Sabirabad Rayon İcra Hakimiyyəti başçısı aparatının rəhbərliyi tərəfindən daimi nəzarətdə saxlanılmışdır.
Bildirilmişdir ki, əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması məqsədilə bu sahə üzrə seminarlar keçirilmiş, vətəndaşlarla izahat işləri, söhbətlər aparılmışdır. Eyni zamanda bu istiqamətdə rayon İcra Hakimiyyəti başçısnın aparatında həftənin 4-cü günləri rayon İcra Hakimiyyəti başçısı, digər iş günlərində isə başçının müavinləri, aparatın bütün şöbələri tərəfindən vətəndaşların qəbulu keçirilir.
Qəbul zamanı müraciətlərdə qeyd edilən mövcud problemlər aparatın aidiyyəti şöbələrində baxılaraq qanuna uyğun həll edilməsi barədə müvafiq strukturlara tapşırıqlar verilir. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının qəbul cədvəlinə uyğun olaraq rayonun qəsəbələrində səyyar qəbullar, görüşlər keçirilərkən vətəndaşlara Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məsləhətlər verilir, ayrı-ayrı məsələlərin həll edilməsi üçün lazımi köməkliklər göstərilir.
Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.