Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub

22 noyabr 2023 | 11:41

Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü ölkənin hər bir bölgəsində  olduğu kimi Sabirabad rayonunda da qeyd olunmuşdur.

Zəngin və keşməkeşli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından böyük zaman keçir. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə sistemi  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.

Peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları noyabrın 22-də Sabirabad şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini  ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoyublar. 

Keçidlər